Qubada iki nəfər faciəli şəkildə ölüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında 1987-ci il təvəllüdlü Mehyəddin Məmmədov və 1992-ci il təvəllüdlü Aysel Əzizova qarajda olan minik avtomobilində görüşüblər.
Avtomobilin kondisionerin işlək vəziyyətdə olması qarajda dəm qazının yığılmasına və faciəyə səbəb olub. Hər iki şəxsin meyiti səhər saatlarında aşkarlanıb.