Mağazası yanan sahibkar qadın "Ağ çiçəyim" gül mağazasının direktorundan təmzinat tələb etdiyi üçün başından butulka ilə vurulub. Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində baş verib.
Belə ki, 15 may 2024-cü ildə Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" mağazasında güclü yanğın baş verib. Hadisə zamanı ümumi sahəsi 590 kv.m olan gül mağazası və ümumi sahəsi 50 kv.m. olan "By Seva" geyim mağazası da yanıb.
"By Seva" geyim mağazasının sahibi Sevinc Səfərova "Ağ çiçəyim" Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun Əliyevdən ziyanı qismən aradan qaldırmaq üçün təzminat tələb edib. O, Hacıdan yeganə gəlir yeri olan işinə davam etməyinə kömək göstərməsini xahiş edib.
Ceyhun Əliyev sahibkar qadına 5.000 manat pulu verəcəyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə bunu yubadıb. 4 iyun 2024-cü il tarixdə Sevinc Səfərova yenidən Ceyhun Əliyev və köməkçiləri ilə görüşüb.