Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

TƏBİB: Uzunmüddətli qapanmalar daha çox müsbət nəticə verə bilər

1 368
Paylaş:
TƏBİB: Uzunmüddətli qapanmalar daha çox müsbət nəticə verə bilər

“Uzunmüddətli qapanmalar epidemioloji baxımdan daha çox müsbət nəticə verə bilər. Ancaq təhlil edilməmiş heç bir qərar qəbul edilmir”.

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R. Bayramlı qeyd edib ki, həftə sonu, bayram günləri qapanma barədə qərar verən ölkələrin nəticələri məlumdur: “Bu sahədə müsbət nəticələr var. 7-10 gün sonra hansı nailiyyətin əldə olunduğu barədə məlumat verə biləcəyik. Təhlillər müsbət təsirin olacağını göstərir. İnsanlar həftə ərzində də qaydalara mütləq riayət etməlidir”.

Paylaş:

Ən son xəbərlər