Xəbər verdiyimiz kimi, 22 iyulda səhər 07 radələrində xalq artisti Ağadadaş Ağayevlə “Medera” klinikasının gözətçisi Nurəddin Cəlilov arasında insident yaşanıb: xalq artisti ona balta atıb, N.Cəlilov isə onu döyüb. Pravda.az Kult.az -a istinadən xəbər verir ki, Xalq şairi Sabir Rüstəmxanlı hadisəyə münasibət bildirib.
- Sabir bəy, Ağadadaş Ağayevlə yaradıcı əlaqələriniz, münasibətiniz olduğu bəllidir, sizin bir neçə şeirinizə bəstələnən mahnını o ifa edib. Bu insidentdən sonra Ağayevlə əlaqə saxlamısınızmı?
- Hələlik əlaqə saxlaya bilməmişəm. Bu hadisə bağlı fikirlərin bu qədər haçalanması məni ağrıdır. Düşünürəm, danışanların çoxu hadisənin mahiyyətini bilmir. Əvvəlcə onu öyrənmək lazımdır ki, iki yaşlı-başlı adamın arasında ictimai asayişi bu dərəcədə pozacaq nə olub? Əgər Ağadadaş Ağayev xəstədirsə, həmin klinikada əməliyyat olunubsa, halı da yaxşı deyilsə, ona daha həssas yanaşmaq lazım idi, lap müəyyən yanlışlığı olsa da! Ağadadaş Ağayev sevilən, tanınan, xalqın hörməti olan bir adamdır. Mühafizəçi ən azı bunu da nəzərə almalı idi və səbirlə və qanun daxilində hərəkət etməli idi. Sən kimsən ki, bir sənət adamını bu şəkildə alçaldasan? Videoya baxdım, diqqət etdinizsə, mühafizəçi Ağadadaşı düşməncəsinə döyürdü. Heç gərək o video da paylaşılmazdı. Üstəlik, ona da pis oluram ki, ətrafdakı adamlar ayırmağa çalışmır. Bu cür laqeydlik olarmı?
- Sizcə, günahkar kimdir?