Azərbaycan Respublikasının Ali Məhkəməsində Qırğızıstan Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
Pravda.az xəbər verir ki, görüşün keçirilməsində məqsəd Qırğızıstan Respublikasının məhkəmə-hüquq sisteminin rəqəmsallaşdırılmasının dəstəklənməsi istiqamətində Dünya Bankı tərəfindən həyata keçirilən “Məhkəmə-hüquq sisteminin funksional təhlili” layihəsi çərçivəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsidir.
Görüşdə qonaqlara ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, Ali Məhkəmənin fəaliyyəti, həmçinin Azərbaycanın bütün məhkəmələrində tətbiq edilən “Elektron məhkəmə” informasiya sistemi barədə ətraflı məlumat verilib. Bu sistemin tətbiqindən ötən müddət ərzində qazanılmış nailiyyətlərdən bəhs edilib və sistemə keçid zamanı əldə olunmuş təcrübələr bölüşülüb.