Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xəyanətə görə canına qıyan Vüsalənin intiharında yeni DETALLAR

936
Paylaş:
Xəyanətə görə canına qıyan Vüsalənin intiharında yeni     DETALLAR

Ötən gün Bakıda özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edən Vüsalə Dadaşova ilə bağlı yeni məlumatlar yayılıb. Bu barədə Globalinfo.az-a danışan V.Dadaşovanın qohumları bildiriblər ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət ediblər.

Mərhumun yaxını Arzu Əliyeva isə qeyd edib ki, Vüsalə Dadaşovanın öldüyü gün onu dərhal dəfn ediblər:

"Ekspertizaya icazə verməyiblər. Uşaqlarına da öyrədiblər ki, analarının pəncərəni silərkən yıxılıb öldüyünü desinlər. Atası yaşlı və çarəsizdir, kömək edəni yoxdur". Qeyd edək ki, 1984-cü il təvəllüdlü V.Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb. O özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.

Paylaş:

Ən son xəbərlər