VI çağırış Milli Məclisin Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir. Komitə sədri 119 saylı Ağdam seçki dairəsindən namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Bəxtiyar Əliyev 2000-ci ildən bu yana Milli Məclisin deputatıdır. Professor 2005–2020-ci illərdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, 2020-ci ildən bu yana isə sədridir.
Komitə sədri, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında "Əfv məsələləri üzrə komissiya"nın və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya"nın üzvüdür. O, ötən il Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.