Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Ağadadaş Ağayevin videosunu ələ salanları tənqid etdi

954
Paylaş:
Ağadadaş Ağayevin videosunu ələ salanları tənqid etdi

Türkiyəli müğənni Doğuş Xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosunu ələ salanları tənqid edib. Axşam.az xəbər verir ki, ifaçı bu haqda sosial şəbəkədə yazıb. 

"Ağadadaşla bağlı komik video yayanlara demək istəyirəm ki, gülmə qonşuna gələr başına" deyə, Doğuş bildirib. 

Qeyd edək ki, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib. Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

A. Ağayev uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir. 

Paylaş:

Ən son xəbərlər