“Son illərdə Azərbaycan diplomatiyası Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesində mövqeyimizin gücləndirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. Cənab Prezident də haqlı olaraq vurğuladı ki, Qarabağ məsələsi ilə bağlı bütün parametrlər beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyini ifadə edir”. Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər haqda danışan Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov belə deyib.
Onun sözlərinə görə, tarixi faktlar, siyasi, hüquqi, iqtisadi və hərbi üstünlük Azərbaycanın mövqeyinin güclənməsinə mühüm təkan verir:
“Cənab Prezidentin dediyi həqiqətdir, Azərbaycan diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həll prosesində beynəlxalq mövqeyimizi kifayət qədər gücləndirib. Həm Azərbaycan iqtidarının, həm də cəmiyyətinin Qarabağ münaqişəsi ilə bağlı fikri yekdildir. Elə bir Azərbaycan vətəndaşı ola bilməz ki, bu məsələdə müxaliflik etsin. Eyni zamanda, cənab Prezidentin söylədiyi fikirlər də tam həqiqətə uyğundur.