“Ağadadaş Ağayevi uşaqdan-böyüyə kimi hər kəs tanıyır, onun kim olduğunu bilirlər. Ancaq son hərəkətini eşidəndən sonra şoka düşdüm. O, mühafizəçinin üzərinə getməməli idi”. Yenisabah.az xəbər verir ki, bu sözləri filologiya üzrə fəlsəfə doktoru Anar Vəziroğlu saytımıza açıqlamasında deyib. Ekspert Ağadadaş Ağayevin adının hallandığı insidentə münasibət bildirib:
“Məhkəmədə hər hansı bir hadisə səbəbindən müqəssirlərə cəza verilmədən öncə tərəflərə sual olunur ki, həmin vaxt ayıq olub, ya yox. Ağadadaş Ağayevlə yaxın olmasam da onu tanıyıram. Əvvəllər yaxşı içki içən idi. Ancaq indi həccə getdiyi deyilir. Hadisə zamanı ayıq olub-olmadığını dəqiq bilmirəm. Fəqət görüntülərdən də məlum olur ki, hər iki tərəfin ağlı başında olub. Münaqişə isə səhər saatlarında baş verib. Bütün bunları ekspertiza müəyyənləşdirəcək. Mən sadəcə bunu deyə bilərəm ki, hər bir ziyalı, cəmiyyət qarşısında olan insanın qorxusu olmalı, öz-özünü qorumağı bacarmalıdır.
Deyək ki, 10 nəfərin içidə 5-i məni tanıyır. Necə ola bilər ki, küçənin ortasında durub qışqırım, bağırım, kiməsə balta atım? Bütün bunlardan da sonra özümə haqq qazandırım. Dərd də gələndə batmanla gəlir. Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlunun «Qətl günü» romanı bu fraza ilə başlayır. Ziyalı insana da nə isə deyiləndə 3 qat daha çox olur. Ona görə ki, bu sözlər təkcə küçədən keçən insanlar üçün yox, eyni zamanda tanınmışlar üçün də keçərlidir”.