Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Azərbaycanda bəzi məhdudiyyətlər aradan qaldırıldı

1 090
Paylaş:
Azərbaycanda bəzi məhdudiyyətlər aradan qaldırıldı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Nigeriya Federativ Respublikasının Kano, Niger, Nasarava, Kaduna, Qombe, Bauçi, Plato, Laqos, Edo, Bayelsa, Delta, həmçinin ölkə ərazisinin digər ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bununla əlaqədar adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Paylaş:

Ən son xəbərlər