Aparıcı Nəsib Nurun ATV televiziyasında veriliş aparacağı iddia edilib. Pravda.az xəbər verir ki, Azxeber.com bununla bağlı aparıcı ilə əlaqə saxlayıb. Xəbəri nə təsdiq, nə də inkar edən aparıcı bu fikirləri səsləndirib:
"Yeni layihələr üzərində çalışırıq. Mən bu yayılan xəbər haqda hələ ki, bir açıqlama verə bilmərəm. Ola da bilər, olmaya da bilər. Zamanla hər şeyi biləcəksiniz. Yaxşısı budur ki, siz Kənan Bayramovla danışın. O, lazım bilsə, sizə bu haqda məlumat verəcək".