Yay fəslində əvəzolunmaz olan qarpız dərini yeniləyir, toxluq hissi verərək çəki nəzarətinə kömək edir, xərçəng və infarkt riskini azaltmada rol oynayır. Üstəlik, təkcə meyvə deyil, hətta toxumlar da faydalıdır. Toxumlar da xolesterolu aşağı salır.
Axşam.az xəbər verir ki, buna görə də qarpız ən çox istehlak edilən meyvə olmalıdır. Tərkibindəki amin turşuları sayəsində bədəndəki iltihabların aradan qaldırılmasına töhfə verən qarpız toxumları xolesterinin də azalmasına kömək edir.
Qarpızın 8 mühüm faydasını təqdim edirik:
İmmunitet sistemini gücləndirir
Gündəlik vitamin və mineral ehtiyaclarının ödənilməsində təsirli olur. Bir porsiya qarpız gündəlik C vitamini ehtiyacınızın təxminən 10 faizini ödəyir. Tərkibində kalium, A və B6 vitaminləri və digər vitamin və minerallar da var. Vitamin C immunitet sistemini gücləndirir və bədənin dəmiri mənimsəməsinə kömək edir. A vitamini dəri və göz sağlamlığı üçün vacibdir. Qarpız həm də kaliumla zəngin olduğu üçün təzyiqi aşağı salır və sinir sistemini dəstəkləyir. O, həmçinin zülalların parçalanmasına kömək edən, immun sisteminin və sinir sisteminin funksiyalarını gücləndirən B6 vitamini ilə zəngindir.
Xərçəng və ürək xəstəlikləri riskini azaldır
Qarpızda antioksidan xüsusiyyətlərə malik yüksək miqdarda likopen var. Likopen qarpız və digər meyvə və tərəvəzlərdə olan antioksidan xüsusiyyətlərə malik təbii birləşmədir. Likopen də qarpıza qırmızı rəng verir. Araşdırmalar göstərib ki, likopenin xərçəng və ürək xəstəlikləri riskini azaldır. Hüceyrələrin zədələnməsinə qarşı qoruyan likopenin müntəzəm istehlak edildiyi zaman təzyiqi aşağı salan təsiri olduğu bilinir. Araşdırmalar göstərir ki, qarpız ekstraktı uzun müddətdə qan təzyiqini aşağı sala bilir. Qarpızın tərkibindəki antioksidantlardan L-sitrulin və L-argininin damarların fəaliyyətini yaxşılaşdıra biləcəyi vurğulanır.
Bədənin su ehtiyacını təmin edir
Qarpız orqanizminizin su ehtiyacını da ödəyir. Qarpızın 90 faizdən çoxu sudan ibarətdir. İnsan orqanizmi su ehtiyacının 80 faizini içdiyi, 20 faizini isə yediyi ilə qarşılayır. Yay aylarında kifayət qədər su içməsəniz, bəzi problemlər yarana bilər. Böyüklər çox vaxt su içməyi unudurlar. İstiliyin yüksəldiyi yay aylarında tərləmə səbəbiylə maye itkisi əhəmiyyətli bir problemdir.