Xalq artisti Röya Ayxan Qafqazın ən böyük musiqi festivalı "Dream Fest"in özəl qonağı olub.
Məşhur müğənni festivalın ən bahalı bilet satışı günündə böyük səhnədə çıxış edib. Pop kraliça gecəyə xüsusi hazırlaşıb, onu səhnədə "Nero" rəqs qrupu müşayiət edib. İfaçı səhnədə 3 mahnı "Zülmətəm", "Kesin bilgi" və aktyor Nicat Rəhimovla birgə "Dəli kimi" duetini səsləndirib.