Ermənistan cəmiyyətinin radikal kəsimində növbəti təşviş yaranıb. Erməni vəkil Raffi Aslanyan sosial şəbəkələrdə yazıb ki, hakimiyyət “Ararat vilayətinin Yerasx kəndi” istiqamətindəki mövqeyi gizli şəkildə Azərbaycana güzəştə gedib. Məlumat bir çox KİV-lərdə də tirajlanıb.
Raffi Aslanyandünən Zəngəzura gedərkən həmin kəndə yaxın yüksəklikdəki dayaq nöqtəsində Azərbaycan bayrağının dalğalandığını gördüyünü bildirib.
Ərazini strateji əhəmiyyətli yüksəklik kimi qiymətləndirən erməni vəkil “Yerasx kəndi” camaatını ayağa qalxmağa çağırıb.
Bu xəbərin həyəcan və təşvişi o həddə çatıb ki, Ermənistan Müdafiə Nazirliyi açıqlama verməyə məcbur olub.
Nazirlik bildirib ki, Yerasx kəndi ərazisində heç bir mövqe dəyişikliyi olmayıb.
“KİV əməkdaşlarını rəsmi məlumatlara inanmağa, yalan məlumat yaymamağa və belə hallarda Müdafiə Nazirliyilə dəqiqləşdirmə aparmağa çağırırıq”, – deyə qurum bəyan edib.