COP29 Azərbaycan Əməliyyat Şirkəti dövlət qurumlarının qlobal iqlim hədəflərinə uyğunlaşması səylərinin dəstəklənməsi məqsədilə dayanıqlılıq səriştələrinin artırılması üzrə təlim proqramını reallaşdırıb.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, proqram onlayn təlimlər və canlı info-sessiya modullarından ibarət üç həftəlik layihə çərçivəsində 8 – 26 iyul tarixlərində baş tutub.
Əməliyyat Şirkəti və xarici ekspertlər tərəfindən reallaşdırılan intensiv təlim proqramı müxtəlif dövlət qurumlarının COP prosesi ilə yaxından tanışlığını və tədbirdə səmərəli iştirakını, eləcə də bu qurumların sahib olduğu dayanıqlılıq səriştələrinin artırılması üçün məlumatlılığın təmin edilməsinə yönəlmişdir. İqlim, dayanıqlılıq, idarəetmə və sosial sahələri əhatə edən proqram ölkənin 8 müxtəlif sektorunu təmsil edən dövlət qurumları üçün fərqli sessiyalardan ibarət olub və iqlim problemlərinin daha dərindən mənimsənilməsi, eləcə də effektiv cavab strategiyalarının inkişaf etdirilməsinə xidmət edib.