Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölündü, sürücü ağır xəsarət aldı

844
Paylaş:
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölündü, sürücü ağır xəsarət aldı

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Padar kənd sakini, 1990-cı il təvəllüdlü Nicat Əlövsət oğlu Məmmədəliyevin idarə etdiyi “DAEWOO” markalı avtomobil yoldan idarəetmədən çıxaraq ağaca çrıpılıb.

Zərbənin gücündən avtomobil hissələrə bölünüb.

Qəza zamanı 34 yaşlı N. Məmmədəliyev müxtəlif bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Report

Paylaş:

Ən son xəbərlər