Xalq artisti Aygün Kazımova “Dream Fest”in final günü qırmızı xalıya çıxıb. Axşam.az xəbər verir ki, Pop kraliça “Afffair” brendinə məxsus narıncı rəngli geyimdən istifadə edib.
Kazımova tərzini “Botegga Veneta” çantası, “Harry Winston” sırğası, “Jimmy Choo” ayaqqabısı ilə tamamlayıb. Libasın dəyəri 2100 dollar (təxminən 3570 manat), çanta 5165 manat, ayaqqabı isə 1740 manatdır.