Cəlilabad rayonunda baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.
Belə ki, kənd sakini 2021-ci il təvəllüdlü Cahid Vahabov nəzarətdən yayınaraq qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb.
Uşaq burada müvazinətini itirərək yerə yıxılıb.
Bunu görən qonşular dərhal hadisə yerinə gəliblər.