Ucarda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Belə ki, kənd sakini, 1979-cı il təvəllüdlü Kamil Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1993-ci il təvəllüdlü Rəvanə İsmayılovaya bıçaqla çoxsaylı bıçaq xəsarəti yetirərək onu öldürüb.
"Rəvanə mənə dedi ki, "su gətir". Mətbəxə çatanda onun qışqırıq səslərini eşitdim. Beş ildir ki bu ailədə gəlinəm, Rəvanə həmişə yoldaşı tərəfindən döyülürdü" - deyə Şəfəq İsmayılova bildirib.