Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Gəncədə tunelə dolan su çəkilib, avtomobillərin hərəkəti təmin edilib - VİDEO - YENİLƏNDİ

809
Paylaş:
Gəncədə tunelə dolan su çəkilib, avtomobillərin hərəkəti təmin edilib -   VİDEO - YENİLƏNDİ

İntensiv yağan yağışlarla əlaqədar Gəncə şəhərinin Nizami küçəsində yerləşən tunelin subasmaya məruz qalması və avtomobillərin yolda hərəkəti üçün çətinlik yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumat əsasında əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış tuneldən suyun çəkilərək kənarlaşdırılması və avtomobillərin sərbəst hərəkəti təmin edilib.

***

11:03

Bakı-Gəncə magistralında körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər.

Alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.

Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.

APA

Paylaş:

Ən son xəbərlər