Xalq artisti Ağadadaş Ağayevin son günlərdə hansısa toy məclisində iştirak etməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir. Bunu globalinfo.az-a açıqlamasında A.Ağayevin vəkili Asim Abbasov deyib.
O, videonun yeni olmadığını bildirib:
“Görüntülər yeni deyil. Ağadadaş Ağayev hazırda həkim nəzarəti altındadır. O, necə toyda və ya başqa şənliklərdə çıxış edə bilər?! İzləyicilərə feyk məlumatlara baş qoşmamağı tövsiyə edirəm. Real video olarsa, A.Ağayev özü mütləq açıqlama verəcək”.