Xalq artisti Emin Ağalarov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, müğənni atası Araz Ağalarov və oğlu Əli ilə fotosunu soial media hesabında yayımlayıb. Şəkil Bakıda keçirilən musiqi festivalında lentə alınıb. Emin atası, iş adamı Araz Ağalarovun da festivala qatıldığını bildirib.
Araz Ağalarov da Bakıdakı festivala qatıldı
Qeyd edək ki, Ağalarovun Mikayıl adlı daha bir oğlu, Əminə və Afina adlı 2 qızı var. Afina ifaçının Alyona Qavrilova ilə nikahından dünyaya gələn övladıdır.