Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı evlə üz-üzə yerləşən "Medera" klinikasının mühafizəçisi Nurəddin Cəlilova baltalı hücum edib. Ağadadaş Ağayevin Nurəddin Cəlilova atdığı balta "Medera"da çalışan Nəzakət Paşayevanın ayağına çırpılaraq əzib. Ağadadaş Ağayev iyulun 22-də baş vermiş insidentlə bağlı video paylaşaraq baş verənlərə aydınlıq gətirməyə çalışıb.
Hadisədən sonra Ağadadaş Ağayev hər şeyi açıqladı - "Mühafizəçi namusumu, şərəfimi söydü, müsəlmanları təhqir etdi" - VİDEO