Astroloqlara görə, bəzi bürclər qətiyyən bir-biri ilə yola getmir. Buna səbəb isə sözügedən bürclərin xarakterlərinin tamamilə fərqli olmasıdır.
Pravda.az Yenisabah.az-a istinadla bir-biri ilə ziddiyyət təşkil edən bürcləri təqdim edir:
Qoç bürcü - Qoç bürcünün nümayəndələri özünə güvənən insanlardır və özlərini ön plana qoymağı xoşlayırlar. Ancaq bu xüsusiyyətlər Şir, Əqrəb və Dolça bürcü ilə anlaşmalarını çətinləşdirir.
Buğa bürcü - Buğaların hədəfləri sabitdir və heç vaxt dəyişmir. Bu səbəbdən Xərçəng, Oğlaq, Tərəzi kimi dəyişkən xarakterə malik insanlarla anlaşmaq onlar üçün çətindir.
Əkizlər - dəyişkən, maraqlı, qərarsız bürcdür. Buna görə də, Oxatan, Qız və Balıqlar birbaşa Əkizlərlə ziddiyət təşkil edir.
Xərçəng bürcü - Xərçəngin tamamilə əks xarakterə malik olan bürcü Oğlaqdır. O, Oğlaqlarla demək olar ki, heç vaxt anlaşmır. Çünki Xərçəngin emosional təbiəti var. Oğlaq bürcünün realist təbiəti ilə bu bürc uyğunlaşa bilməz.
Şir bürcü - Şir bürcünün əksi Buğa, Əqrəb və Dolçadır. Bu bürclər Şir bürcünün nümayəndələrini özündənrazı və təkəbbürlü hesab edirlər.