Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

645
Paylaş:
Rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini oğurlayaraq 4 000 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Oğurlanmış kabellərin bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər