Paris-2024 Yay Olimpiya Oyunları zamanı Azərbaycan və Qazaxıstan idmançılarının qələbəni bayraqla qeyd etməsinə icazə verilməyib. Pravda.az Globalinfo.az-a istinadla xəbər verir ki, yayılan görüntülərdə azərbaycanlı cüdoçu Hidayət Heydərov və qazaxıstanlı Eldos Smetovun qələbə yürüşünü dövlət bayraqları ilə etmələrinə icazə verilmədiyi əks olunub.
Müqayisə üçün paylaşılan videoda ABŞ və Yaponiya idmançılarının qələbəni bayraqla qeyd etdikləri görünür. Lakin fransız qadın əməkdaşlardan birinin azərbaycanlı və qazaxıstanlı idmançılardan bayrağı almağa çalışdığı müşahidə edilir.