Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar media mərkəzi fəaliyyətə başlayacaq

634
Paylaş:
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar media mərkəzi fəaliyyətə başlayacaq

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar media mərkəzi fəaliyyətə başlayacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, media mərkəzinin açılması üçün hazırlıq işləri aparılır və yaxın günlərdə media mərkəzinin açılışı olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Paylaş:

Ən son xəbərlər