Biznesmen deputat, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində namizədliyini verməməsi maraqla qarşılanıb.
VI çağırış Milli Məclisdə 17 saylı Yasamal üçüncü seçki dairəsini təmsil edən E.Allahverdiyevin adı hakim partiyanın siyahısında açıqlanmayıb. AFN.az-a məlumat verən mənbənin sözlərinə görə, növbədənkənar parlament seçkiləri elan edildikdən sonra E.Allahverdiyevin nümayəndələri müvafiq seçki dairəsinə yaxınlaşaraq lazım olan sənədləri götürüblər: “Lakin YAP-ın siyahısında adı açıqlanmayan Elnur Allahvediyev namizədliyini bitərəf kimi də verməyib. Bəzi məlumatlara görə, o, vəzifəyə gedəcək. Hansı vəzifəyə gedəcəyi ilə bağlı dəqiq bilgimiz olmasa da, onun prezidentin köməkçilərindən biri ilə çox yaxın, dost münasibətlərinin olduğu bildirilir. Məhz o xəttlə də vəzifəyə gedəcəyi deyilir”.