Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü "Hunday" markalı avtomobilə çırpıldı, sürücü öldü

836
Paylaş:
“Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü "Hunday" markalı avtomobilə çırpıldı, sürücü öldü

Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə Hunday markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək "Hunday" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində mopedin sürücüsü paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər