İyulun 30-da Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Cavadov Nazir Ağacavad oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi faktına görə başlanmış cinayət işi üzrə Sumqayıt şəhər polis idarəsində ibtidai istintaq davam etdirilir.
İstintaqla 46 saylı Sumqayıt beşinci seçki dairəsindən 01.09.2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədliyi qeydə alınmış 1989-cu il təvəllüdlü Taleh Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nazir Cavadova kəsici-deşici alətlə qəsdən zərbə vuraraq onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.