Xalq artisti Röya Ayxan “Ərə gedirəm” adlı layihəsini təqdim edib. Axşam.az xəbər verir ki, Pop ulduz Abbas İsmayılovun müəllifi olduğu sözügedən mahnını ekranlaşdırmaq qərarına gəlib. Bunun üçün o, klipmeyker Soltan İbrahimova müraciət edib.
Layihədə sənətçi 25 illik rəfiqələri ilə kamera qarşısına keçib. Ekran işində Xalq artisti hər gördüyü bəyə aşiq olan, anidən fikrindən daşınan, hətta onu unudan xanım obrazını canlandırır.
Layihə üçün xüsusi dekor qurulub.