Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum oldu - YENİLƏNDİ

1 024
Paylaş:
Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum oldu -   YENİLƏNDİ

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib.

Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.

Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edir.

Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlın müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Report

***

10:57

Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq ölüb.

Hadisə Şirvan şəhərinin mərkəzində baş verib.

Beşmərtəbəli binada qonaq olan ana Kərimova Aygün və 5 yaşlı qızı K.Z 6-cı mərtəbədən yıxılaraq ölüblər.

Faktla bağlı araşdırma aparılır./APA

Paylaş:

Ən son xəbərlər