Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı

1 014
Paylaş:
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı

Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxil olan şikayət əsasında həyata keçirilən tədbirlərlə özünü polis əməkdaşı kimi təqdim edən Babək rayon sakini Maqsudov Məhəmməd saxlanılıb.

Araşdırmalarla onun özünü Şahin adlı polis əməkdaşı kimi təqdim edərək müxtəlif qeyri-qanuni hərəkətlərə yol verdiyi müəyyən edilib.

M.Maqsudovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə 102 Xidməti - Zəng Mərkəzinə, habelə Naxçıvan MR Daxili İşlər Nazirliyinin (+036 545-08-03 , 545-28-96) telefon nömrələrinə məlumat verə bilərlər.

Paylaş:

Ən son xəbərlər