Ötən günlərdə Bakıya gələn türkiyəli bloger Danla Biliçin tədbirdə onunla şəkil çəkdirmək istəyənləri "zooparkdakılar" deyə adlandırdığı iddia olunub. Axşam.az xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında paylaşım edib. O, Danlanı nəzərdə tutaraq bu sözləri deyib: "Yalandan 6 milyon izləyicisi var. Videolarının 1 milyon izləməsi olur, cəmi 150 şərh gəlir. O, da bizim bəzi influenser xanımlarımız kimi yalandan özlərinə izləyici artırırlar. Onun Bakıda hansısa görüşü olub, bizimkilər də görməmişlik ediblər. Bu influenser də həmin izdihamı "zoopark"a bənzədib. Düz deyir, o, böyük adam deyil. Gəlib, bizim də görməmiş blogerlərimiz cumub üstünə ki, onunla şəkil çəkdirsinlər. Guya o da paylaşaq, bizimkilər də düşəcək onun 6 milyonluq izlənməsinə. Buna görə də o, Azərbaycan xanımlarını bu gözlə görüb. Amma bizim dəyərli xanımlarımız və blogerlərimiz var. Hansı ki, özlərinə və izləyicilərinə hörmət edirlər. Görməmişlik etmək lazım deyil".
Tolik təşkilatçıların Danlanın bu hərəkətinə müdaxilə etməməsini pisləyib: