Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilmiş "Muğanbank”ın vəzifəli şəxsinin məhkəməsi başa çatıb."Qafqazinfo” xəbər verir ki, bankın "Paytaxt” və "Universal” filiallarının müdiri, eləcə də bir sıra digər yüksək vəzifələr tutmuş İdris Məmmədova hökm oxunub. O, Cinayət Məcəlləsinin 179.3.2, 308 və 313-cü (Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Bildirilib ki, İ.Məmmədov 2007-2023-cü illərdə bankda yüksək vəzifələrdə çalışıb. Ötən ilin iyun ayında o işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Məlum olub ki, İdris Məmmədov sənədlərin saxtalaşdırılması və digər yollarla banka məxsus yüzminlərlə pul vəsaitini mənimsəyərək ələ keçirib.