Rusiyanın Nijni Novqorod vilayətində Azərbaycan Respublikası vətəndaşı başqa qadınla nikahda ola-ola evlənməyə cəhd edib.
2022-ci ilin avqustunda azərbaycanlı kişi sevgilisi ilə ailə qurmaq niyyəti ilə Dzerjinsk qeydiyyat şöbəsinə ərizə verib. Eyni zamanda o, subay olması ilə bağlı dövlət qurumuna saxta arayış təqdim edib. Əslində o, 2006-cı ildən Azərbaycanda ailə qurub.
