Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimov dörd xarici ölkədə yerləşən yeddi universitetdən qəbul alıb. Bu barədə "Xəzər Xəbər"ə açıqlamasında Davud Həşimov özü məlumat verib.
O deyib ki, uşaqlıqdan kompüter sahəsinə marağı olub. Səkkiz-doqquzuncu siniflərdən bu peşəyə yiyələnmək üçün çalışıb.
Davud Həşimov Kanadanın Toronto, ABŞ və digər ölkələrin bir sıra universitetlərindən qəbul alıb.