Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun cinayət işi yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə baxılan iş zərərçəkmişin hüquqi varisinin vəsatəti əsasında yenidən araşdırılması üçün ibtidai istintaqa göndərilib.
Zərərçəkmiş Ləman Qurbanovanın hüquqi varisi (atası) cinayətin xuliqanlıq məqsədi ilə törədildiyini əsas gətirərək onun ağırlaşdırılması vəsatətini verib. Məhkəmə hüquqi varisin vəsatətini qəbul edərək işin yenidən araşdırılması üçün ibtidai istintaqa göndərilməsini təmin edib.
Taleh Qurbanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.