“Ərgünəs” nəşriyyatının direktoru, yazıçı-publisist və naşir Oktay Əliyev (Oktay Ərgünəş) vəfat edib. O, 78 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Oqtay Bəndalı oğlu Əliyev 1946-cı ildə Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. O, Pedaqoji İnstitutda və Tibb texnikumunda təhsil alıb. 1973-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1966-cı ildə “Sosialist Sumqayıtı” şəhər qəzetində jurnalistlik fəaliyyətinə başlayan Oqtay Əliyevüç il sonra “Araz” qəzetində işə başlayıb və qısa müddət sonra redaktorun müavini olub.