Araşdırmaçı jurnalist Cavanşir Həsənli Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin xaricdəki biznesi ilə bağlı yeni məlumatlar yayıb.
Pravda.az-ın xəbərinə görə, C.Həsənli Əhmədzadənin kürəkəninin Türkiyədəki biznesini gündəmə gətirib: “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin İngiltərə, Çexiya bə Türkiyədə dəyəri on milyonlarla ölçülən biznesi, otelləri və mülkləri artıq hamıya bəllidir. ASC-ni korrupsiya bataqlığına çevirmiş baş meliorator uzun illər ərzində dövlət vəsaitlərini talayaraq özünə səltənət qurub. Cümə Əhmədzadə Əhmədzadələr ailəsinin Azərbaycandan xaricə milyonıar daşıyan yeganə üzvü deyil. Əhməd Əhmədzadənin qızı Vüsalə Əhmədzadə və kürəkəni İlham Rəcəbov da ölkə xaricində – Türkiyədə böyük biznesə, şirkətlərə, mülklərə sahibdir. Baş melioratorun kürəkəni polkovnik Rəcəbov İlham Firudin oğlu hazırda Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavinidir.
Əhməd Əhmədzadənin qızı və kürəkəni Türkiyədə ən azından 3 şirkət açıblar və bu şirkətlər üzərindən otellər, istirahət mərkəzlərinə sahibdirlər.