Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin müğənni oğlu Rahim Bağırzadə "AStar" layihəsində atası ilə bağlı sualları cavablayıb. Axşam.az xəbər verir ki, o, atasının xəstəlikdən dünyasını dəyişdiyini bildirib:
"Öd kisəsində daş olub və daşıb gəlib kanallarda dayanıb. Bu da mədəaltı vəzinin ifrazını saxlayıb. Bu gün nə qədər öd kisəsi çıxarılıb yaşayan adamlar var. Özü getmədi, iynə-dərmandan qorxurdu. Bir də gördük qarnı şişib ən boyda olub. Sən demə mədəaltı vəzi işləməyib. Əgər öd kisəsini vaxtında çıxartsaydıq bu gün kim biləcəkdi bunu? Buna tale də deyə bilmərəm. 2 dəfə əməliyyat oldu. Cəmi bir dəfə oktyabrın 24-ü ayıldı. Reanimasiya şöbəsində idi, əlindən tutdum, əsəbi formada dedi ki, burada qala bilmirəm kimsə qışqırır. Ayrı otağa keçirtdilər. Son nəfəsinə qədər də o otaqda qaldı. 4-5 gün hardasa yaxşı idi.
Son iki gündə həkim mənə dedi ki, ona əziyyət vermə. Dedim, yox, sonra bu, mənə əzab verər. Çox adam gəlib məni bu fikrimdən döndərmək istədi. Kim öz atasını aparatdan ayırmağa razı olar? Ürəyim partlayırdı. 29 oktyabrda gecə 4-ə qalırdı, xəstəxandan zəng gəldi. Atamın gözünün içini açıb göstərdilər, bu mənzərə gözümdən getmir. Dedilər, incitmə onu. Nardaranda pir var, həmişə deyirdi ki, xəstlənəndə mənə oradan su gətir sağalacağam. Dedim, oradan su gətirdilər mənə.