Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Nemət Pənahlı: "İndi o halda deyiləm..."

944
Paylaş:
Nemət Pənahlı: "İndi o halda deyiləm..."

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının deputatlığa namizədliyi qeydə alınmayıb. Bu barədə Qaynarinfo-ya açıqlamasında onun özü məlumat verib.

Sədr bildirib ki, 27 saylı Sabunçu 2-ci seçki dairəsi onun namizədliyi qeydə almaqdan imtina edib: 

"Danışa bilmirəm. Bu dəqiqə o halda deyiləm, vacib işlərim var. Qeydə almadılar, imtina etdilər". 

Qeyd edək ki, 27 saylı Sabunçu 2-ci seçki dairəsində YAP-ın namizədi, Milli Məclisin sədri Səbinə Qasımova və AMİP sədri Arzuxan Əlizadə də namizəddirlər. 

Paylaş:

Ən son xəbərlər