Məhkəmə 500 min manata yaxın pulu mənimsəməkdə ittiham edilərək həbs olunan ləğv edilmiş “Yunayted Kredit Bank” ASC-nin İdarə Heyətinin sabiq sədr müavini Vahid Əliyev barədə qərar qəbul edib. Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında onun şərti olaraq azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.
Məhkəmə qərarına əsasən, müraciət rədd edilib.