Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə tapşırıq verməsinə, məmurların xalqa xidmət etməli olduğu ilə bağlı tövsiyələrinə zidd hərəkətlər edən, büdcə vəsaitini şəxsi maraqlarına uyğun şəkildə sərf edən kifayət qədər məmurlar var. Yenicag.az həmin məmurlardan biri olan və mediada dəfələrlə adı qalmaqallı hadisələrdə çəkilsə də, buna baxmayaraq, sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürən bir zamanlar Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsini icra edən Bədəl Bədəlov haqqında məlumatları təqdim edir.
Bədəl Bədəlov 2011-ci ildən bu vəzifəni icra etsə də, Prezident İlham Əliyevin 28 iyul 2023-cü il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. Bu dövr ərzində sabiq vitse-prezident heç vaxt yaxşı işləri ilə gündəmə gəlməyi bacarmayıb. Ya oğlunun qalmaqallı hərəkətləri, ya da çoxsaylı əmlaklarını siyahısı ilə diqqət çəkib
Bədəl Bədəlov üzdə olmayan məmur olsa da, sərvəti heç də Vasif Talıbov, Ziya Məmmədov və digər oliqarx məmurların var-dövlətindən az deyil.
Mediada dərc olunan məlumatlara görə, Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı var. Paytaxtın “Varovski” deyilən və varlılar məhəlləsi kimi tanınan ərazisində dəyəri milyonlarla manatla ölçülən bir neçə villaya sahibdir. Yəqin ki, Bədəl Bədəlov bu villaları, həmçinin Bakıdakı bahalı əmlaklarını əmək haqqı ilə almayıb.