BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüquqşünas: “Qışın oğlan çağında təbliğat-təşviqat aparmaq çox çətindir”

"Çoxları kimi seçkilərin bu qədər də tez təyin olunacağını gözləmirdim. Əlbəttə 9 fevral, qışın oğlan çağında təbliğat-təşviqat aparmaq çox çətindir. Bununla belə, yenə hamını seçkilərdə aktiv olmağa çağırıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“Hamı bilməlidir ki, seçki yolu ilə formalaşan parlament dövlətə, Xalqa, həm də hakimiyyətə faydalı ola bilər. Əks halda quzu təsiri bağışlayan parlament də hakimiyyət üçün təhlükəlidir. Hamının sözəbaxan saydığı Parlamentin tələm-tələsik buraxılması da buna sübutdur. Əminəm ki, seçkilərdən sonra baş verənlər Parlamentin buraxılmasının əsl səbəbini göstərəcək. İstənilən seçki, hakimiyyət formalaşması mübarizədir. Mübarizə aparmaq istəyənlər də hər bir çətinliyə hazır olmalıdırlar. Bu mübarizədə hamıya əzm, uğur, ədalətli və bir-birilərinə qarşı dözümlü olmağı arzulayıram. Hamı bilməlidir ki, bu Vətən bizim hamımızındır və onun uğuru azad, ədalətli seçkilərdən keçir” – A.İsmayılov qeyd edib.

Tarix: 6 Dekabr 2019, 09:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin