Sosial şəbəkədə övladını satışa çıxaran ana Nəzrin Qurbanova Baku TV-yə danışıb.
O, elanı imkansızlıq ucbatından verdiyini söyləyib:
"Kirayədə qalıram. Ailədə problem olduğu üçün övladımı sosial şəbəkədə paylaşdım. Onsuz da uşağımı satmayacaqdım. Heç bir valideyn övladını satmaz".