Laçında dörd hərbçimizin həlak olduğu hövzənin yenidən fəaliyyəti barədə məsələyə aydınlıq gətirilib.
Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev bildirib ki, hazırda bu hövzənin istifadəyə verilməsi mümkünsüzdür:
"Daxili İşlər Nazirliyinin (DİN) rayon polis şöbəsinin əməkdaşları ilə birgə müvəqqəti olaraq qabaqlayıcı tədbir kimi həmən su ərazisinin ətrafı kustar üsullarla müvəqqəti olaraq qapadılıb. Hesab edirik ki, gələcəkdə su hövzəsinin faydaları qiymətləndiriləcək və insan sağlamlığı üçün zərərli olmadığı bir daha təsbit olunduğu halda aidiyyəti üzrə məruzə olunub razılaşdırılaraq istirahət mərkəzi və ya sanatoriya kimi formalaşdırılması məsələsinə baxılacaq".