Hazırda ləğv prosesində olan “Texnikabank” ASC Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksini inşa edən “AAAF-İnşaat” MMC-yə və Məlikova Gülnaz Cabir qızına qarşı məhkəmə iddiası qaldırıb. Yeniavaz.com xəbər verir ki, iddia üzrə baxış iclası sentyabr ayının 19-da Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrliyi ilə keçiriləcək.
“Texnikabank” “AAAF-İnşaat”ı məhkəməyə verdi – 5,6 milyon vergi borcu da var
Bildirilir ki, məhkəmə iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Onu da qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda “AAAF-İnşaat” MMC barəsində məlumatlar mövcud deyil.
Lakin, “AAAF-İnşaat” MMC-yə məxsus VÖEN nömrəsiylə (3100152201) axtarış aparılan zaman şirkətin hazırda (7 avqust 2024) dövlət büdcəsinə də böyük həcmdə – 5 milyon 639 min 265 manat 95 qəpik vergi borcunun olduğu məlum olur.