Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Polis bu qızı axtarır

1 106
Paylaş:
Polis bu qızı axtarır

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Zeynəb Şərifova iyulun 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.


Bu barədə Pravda.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
 

Qeyd edilib ki, onun boyu 155 sm, arıq bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qəhvəyidir.


“Zeynəb Şərifovanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə, o cümlədən 14-cü Polis Şöbəsinə (012)455-02-02 şəhər və 055- 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.

Paylaş:

Ən son xəbərlər